“Hər iki pilotla səhər görüşmüşdük, əhval-ruhiyyələri... ” - VİDEO
"İqor kapitanı uşaqlıqdan tanıyıram. Atamla bir yerdə Yak-40 təyyarəsində işləyirdi".
meqale.com xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların Təhlükəsizliyi İdarəsinin rəis müavini Fərhad Nəsirov deyib.
"Kalyaninov Aleksandr bizim Milli Aviasiya Akademiyasının məzunudur. Reysdən öncə səhər brifinq otağında hər iki pilotla görüşmüşdük. Əhval-ruhiyyələri yaxşı idi. Əfsuslar olsun ki, belə bir faciə baş verib", - deyə F.Nəsirov bildirib.