Heydər Əliyev Ukrayna və Azərbaycan arasında dostluğun əsasını qoyub - Səfir

Ümummilli lider Heydər Əliyev Azərbaycan və Ukrayna arasında dostluğun əsasını qoyub.

Heydər Əliyev Ukrayna və Azərbaycan arasında dostluğun əsasını qoyub - Səfir
Ümummilli lider Heydər Əliyev Azərbaycan və Ukrayna arasında dostluğun əsasını qoyub.

meqale.com xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında deyib.

"Bu gün azərbaycanlılar və düşünürəm ki, ukraynalılar üçün də xüsusi gündür, çünki bu gün Ümummilli lider Heydər Əliyevin xatirəsini anırıq. Fikrimcə, Azərbaycanla Ukrayna arasında böyük dostluq məhz onun sayəsində başlayıb. O, iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığı yaradıb", - səfir deyib.

Bundan başqa, o, bu gün Ukraynanın Azərbaycan xalqından gördüyü böyük dəstəyin də Heydər Əliyev tərəfindən qoyulan təməlin bir hissəsi olduğunu əlavə edib.

Qeyd edək ki, dekabrın 12-si Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günüdür. Dövlət və hökumət rəsmiləri, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub, müasir müstəqil Azərbaycanın banisi və qurucusu Ulu Öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər.