Hicaba görə kişi döyüldü - VİDEO
İranda məcburi hicaba görə kişi döyülərək xanımı ilə birlikdə həbs edilib.
meqale.com bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Sosial şəbəkələrdə paylaşılan videoya görə, Tehranda motosiklet sürən cütlük məcburi hicab bəhanəsilə repressiv qüvvələr tərəfindən saxlanılıblar.
Daha sonra hökumət qüvvələri ilə kişi arasında qarşıdurma yaşanıb. Nəticədə o, döyülərək həyat yoldaşı ilə birlikdə həbs edilib.