Hicran Şərifov karyerasını başa vurdu
Bu gün təcrübəli güləş hakimi Hicran Şərifov 25 illik hakimlik karyerasını başa vurub.
meqale.com xəbər verir ki, o, son olaraq Azərbaycan çempionatında 55 kq-da Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan final görüşünü idarə edib.
Təcrübəli referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq, fitini və qolçaqlarını xalça üzərinə qoyub və həmkarlarının gur alqışı ilə karyerasını başa vurduğunu rəsmən elan edib.
Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası H.Şərifova xatirə hədiyyəsi təqdim edib.