Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...
2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb.
meqale.com bildirir ki, lent.az-ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb.
Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğu yerlərdir...
2022-ci illə müqayisədə yanan lampaların sayı 700 min ədəd artıb. Kiçik yağ lampaları bayramda küçələri bəzəmək üçün istifadə olunur.
Bu lampalardan yayılan işığın sərvət ilahəsi Lakşminin diqqətini cəlb etməsinə və il boyu şər ruhları qovacağına inanılır.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun