Hindistan Ermənistana özüyeriyən texnika göndərir
Özüyeriyən MArG 155 haubitsaları Ermənistana çatdırılacaq.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Hindistanın artilleriya sistemləri istehsalçısı "Bharat Forge"a istinadən Idrw portalı məlumat yayıb.
MArG sərt dağlıq ərazilərdə işləmək qabiliyyətinə malikdir. Onun qabaqcıl texniki performansı sayəsində atəş və zərbə qabiliyyəti təmin etdiyi iddia olunur. 39 kalibrli lüləsi olan 155 mm-lik dağ artilleriya silahının mənzili 24-30 kilometr arasındadır.