Hindistanda ağır qəza - azı 22 nəfər öldü
Hindistanın Uttarkxand ştatında baş verən yol qəzasında 8-i uşaq olmaqla azı 22 nəfər həlak olub.
meqale.com report-a istinadən xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsi Raciv Aqraval bildirib.
Qeyd edilib ki, onları daşıyan traktorun yol kənarındakı gölməçəyə aşması nəticəsində həlak olublar.