"Hizbullah" HƏMAS-ı dəstəkləməyə niyyətlidir?

"Hizbullah" İsrailə qarşı genişmiqyaslı əməliyyatlara başlayaraq HƏMAS-ı dəstəkləyəcək? Yox. "Hizbullah" lideri Həsən Nəsrullahın saatyarımlıq çıxışı buna sübutdur. Fələstinlilər və ümumiyyətlə, müsəlman aləmi "Hizbullah" liderinin çıxışında İsrailə savaş elan edəcəyini gözləyirdi.

Olmadı. Nəsrallahın çıxışı adi söz yığını idi. Və o, "İsrailə qarşı savaş sumud savaşıdır" dedi. "Sumud" ərəb dilində "səbr, soyuqqanlılıq" deməkdir. Yənit "sumud" deyildisə, savaş elanından söhbət belə gedə bilməz.

Təbii, "Hizbullah" Livan ərazisindən İsraili atəşə tutmağa davam edəcək. Amma Nəsrallah amerikalıların "Savaşa başlamağı ağlınıza belə gətirməyin!" xəbərdarlığından nəticə çıxarıb.