Hizbullah rəhbəri güneyliləri təhdid etdi
Hizbullahın rəhbəri Həsən Nəsrullah Güney Azərbaycana salam göndərərək deyib ki, onlar Xameneinin əmrindən çıxmasınlar. Onun Güney Azərbaycana mesajını təhdid kimi dəyərləndirmək olar.
meqale.com Axar.az-a istinadən bildirir ki, bu sözləri Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi Hizbullah rəhbərinin Ərdəbilin cümə imamı Həsən Amili vasitəsi ilə güneylilərə göndərdiyi mesajı şərh edərkən deyib.
Onun sözlərinə görə, bu, adi mesajdan daha çox təhdiddir və terror qrupunun rəhbəri bununla rejimin yanında olduqlarını göstərmək istəyir:
"Ərdəbilin cümə imamı Həsən Amili özü Livan əsillidir. Livanın Cəbəl-Amil bölgəsindədir. Azərbaycana sonradan gəliblər. Eyni kökdən olan iki insan görüşüb, Azərbaycanı müzakirə ediblər. Heç vaxt Güney Azərbaycanın hüququndan, dil haqlarından, iqtisadi və siyasi ayrı-seçkiliyindən danışmayan bir adamın güneylilərə çatdırdığı sözlər başqa cür də anlaşıla bilməz".
Cavadi bildriib ki, rejimə bağlılığı ilə seçilən Hizbullah təşkilatı azərbaycanlılara qarşı əsl simasını dəfələrlə göstərib:
"Nəsrullahın və İrana bağlı olan digər terror qruplarının Azərbaycana qarşı siyasətlərini və əməllərini uzun illərdən bəridir ki, görmüşük. Bunlar Qarabağ müharibəsində açıq şəkildə Ermənistanı dəstəkləyiblər. İranda və Güney Azərbaycanda keçirilən xalq etirazlarının yatırılmasında rejimin yanında olublar. Onlara dəstək veriblər".
Sözçü hesab edir ki, mesajın indiki məqamda göndərilməsi rejimin və onun ətrafının Azərbaycanla bağlı baş verən hadisələrə reaksiyasıdır: