Hollivud ulduzu ailəsi ilə birlikdə Fransa vətəndaşlığı aldı - Trampdan sərt tənqid

Amerikalı aktyor Corc Kluni həyat yoldaşı Amal və iki övladı ilə birlikdə Fransa vətəndaşlığı əldə edib.

Hollivud ulduzu ailəsi ilə birlikdə Fransa vətəndaşlığı aldı - Trampdan sərt tənqid
Amerikalı aktyor Corc Kluni həyat yoldaşı Amal və iki övladı ilə birlikdə Fransa vətəndaşlığı əldə edib.

meqale.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb. Bildirilib ki, Kluni ailəsi 2021-ci ildə Fransanın cənub-şərqində yerləşən üzümçülük təsərrüfatını satın alıb. Aktyorun sözlərinə görə, ailə məhz həmin məkanda özünü daha rahat və xoşbəxt hiss edir.

Məsələ ABŞ prezidenti Donald Trampın da reaksiyasına səbəb olub. O, Truth Social sosial şəbəkəsində paylaşım edərək Corc və Amal Kluninin Fransa vətəndaşlığı almasını tənqid edib. Tramp bunu Fransanın immiqrasiya siyasəti ilə əlaqələndirərək bildirib ki, ölkə ciddi cinayət problemləri ilə üz-üzədir.

Qeyd edək ki, AFP agentliyi dekabrın 29-da Corc Kluninin ailəsi ilə birlikdə Fransa vətəndaşlığı aldığını açıqlamışdı.