Hollivud ulduzu “Oskar” mükafatını əritdirib güllə hazırlatmaq istəyir

Amerikalı aktyor və rejissor Şon Penn verdiyi müsahibədə maraqlı fikir səsləndirib.

Hollivud ulduzu “Oskar” mükafatını əritdirib güllə hazırlatmaq istəyir
Amerikalı aktyor və rejissor Şon Penn verdiyi müsahibədə maraqlı fikir səsləndirib.

meqale.com lente istinadən bildirir ki, o, aldığı "Oskar" mükafatını əritdirib, güllə hazırlatmaq istədiyini deyib.

"Düşündüm ki, bu heykəlcik mənim nəyimə lazımdır. Ondansa əridim, güllə hazırladıb Ukrayna ordusuna göndərim. Rusiya-Ukrayna savaşında Ukraynanı dəstəkləyirəm. Bu güllələri hədiyyə olaraq,  Zelenskiyə göndərmək istəyirdim",- deyə 63 yaşlı aktyor qeyd edib.

Qeyd edək ki, Şon Penn Ukrayna müharibəsi haqqında sənədli film hazırlayır. O, konflikt başlayandan 3 dəfə Kiyevə səfərə gəlib.