HTŞ lideri Suriyada həbsxananı muzeyə çevirəcək
Suriya silahlı müxalifətinin lideri, Əbu Məhəmməd Kolani Dəməşqin Seyidnaya qəsəbəsindəki ən böyük həbsxananın ərazisində muzey yaratmaq planlarını açıqlayıb.
meqale.com xəbər verir ki, "Heyət Təhrir əl-Şam" (HTŞ) qruplaşmasını lideri Əbu Məhəmmədin sözlərinə görə, məhbuslara işgəncə verilməsində əli olan hər kəs cəzalandırılmalıdır.
Silahlı müxalifət Dəməşqdə hakimiyyəti ələ keçirəndən bəri ölkə boyu minlərlə insan müxtəlif həbsxanalardan azad edilib. HTŞ lideri bildirir ki, bir çox məhbus qanuni əsas olmadan orada olub və işgəncənin qurbanı olub.