Humanitar yardım faciəsi: 100 ölü, 760 yaralı - VİDEO
Qəzza bölgəsində ərzaq yardımlarının paylanması zamanı 100 nəfər həlak olub, 760 nəfər yaralanıb.
HƏMAS bildirir ki, İsrail ordusu humanitar yardım gətirmiş yük maşınları karvanının ətrafına toplaşan dinc sakinlərə atəş açıb.
İsrail ordusu (SAXAL) isə bəyan edir ki, yardım paylanarkən böyük basabas olub, nəticədə insanlar həlak olublar.
İsrail ordusu humanitar yardımın paylanması anlarının əks olunduğu videokadrları paylaşıb.