Huqo Qatti: "Ronaldu hər zaman Messidən üstün olub, lakin Peleyə çata bilməz" - FOTO
Argentina millisinin sabiq qapıçısı Huqo Qatti Kriştianu Ronaldunun açıqlamasına münasibət bildirib.
meqale.com oxuya istinadən xəbər verir ki, əfsanəvi qolkiper açıqlamasında Kriştianu Ronaldunu Lionel Messidən daha üstün sayıb.
"Mənim üçün Pele səviyyəsində heç bir futbolçu olmayıb, heç vaxt da olmayacaq. Onunla heç kim müqayisə oluna bilməz. Pele unikaldır. Düzdür, Kriştianunun açıqlaması da əsassız deyil.
O, hər yerdə çempion və bombardir olub, dünyanın ən böyük klublarında oynayıb. Amma Ronaldu tarixin ən yaxşısı deyil. Onu çox bəyənirəm, lakin heç kim heç vaxt Pelenin səviyyəsinə yüksələ bilməyəcək.
Kriştianu Messidən yaxşı olub, indi də belədir. O, hətta bu gün Səudiyyə Ərəbistanında çıxış etsə də, bu liqa MLS-dən (ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatının - "Major League Soccer") üstündür. Ronaldu Messi ilə müqayisədə daha vacib fiqurdur, daha böyük klublarda oynayıb, risk etməkdən qorxmayıb.