Hüseyn Həsənovla bağlı Rusiya DİN-ə müraciət edildi

Rusiyanın Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina ölkənin Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin rəisi Oleq Baranova müraciət edərək, bir sıra blogerlərin dələduzluq fəaliyyətlərinə görə yoxlanılmasını xahiş edib.

meqale.com axşam.az-a istinadən bildirir ki, sözügedən siyahıda yenidən azərbaycanlı bloger Hüseyn Həsənovun adı var.

"Kseniya Qubina, Tata Feodoridi, Asxab Tamaev, Hüseyn Həsənov və başqalarının fəaliyyətinin araşdırılmasını xahiş edirik. Əminik ki, onlar bir müddət əvvəl saxlanılan bloger Ayaz Şabutdinov kimi dələduzluq əmməllərində iştirak edirlər" deyə, o, teleqram hesabında yazıb.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya mediasında milyonçu bloger Ayaz Şabutdinovun dələduzluqda ittiham olunduğu və saxlanıldığı xəbəri yayılmışdı.

Onu da qeyd edək ki, daha əvvəl Hüseyn və Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən gimnast Samirə Mustafayeva vergidən yayınma və çirkli pulların yuyulmasında iştirakı iddialarına görə yoxlanılıb. Onların adları Rusiyanın Daxili İşlər Nazirliyinin tərtib etdiyi "qara siyahı"ya salınıb.

Hüseynin fəaliyyətinin yoxlanılması ilə bağlı dəfələrlə Rusiya hüquq-mühafizə orqanlarına müraciətlər daxil olub.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun