Hüseyndən borc xəbərlərinə cavab - YENİLƏNİB

17:38

Hüseyndən borc xəbərlərinə cavab - YENİLƏNİB
17:38

Azərbaycanlı bloger Hüseyn Həsənov haqqında çıxan vergi borcu xəbərləriylə bağlı paylaşım edib.

meqale.com olay-a istinadən xəbər verir ki, o, bu barədə instaqramın hekayə bölməsində yazıb:

"Xəbərləri gördüm. Dəstəyiniz üçün təşəkkür edirəm. Əsas borc bağlanıb. Cərimələr də yaxın zamanda bağlanacaq. Sizi sevirəm".

Qeyd edək ki, sosial mediada yayılan məlumata görə, Hüseynin 153 milyon rubldan çox (2 milyon 839 min manatdan çox) borcu olduğuna görə, onun şirkət hesabları da bloklanıb.

---------- 15:13 Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var.