Husidən Trampa təklif: Yəhudiləri ABŞ-a köçür!
ABŞ Prezidenti Donald Tramp fələstinliləri Qəzza zolağından köçürmək əvəzinə, İsrail sakinlərini Amerika ştatlarından birinə köçürmək barədə düşünsün.
meqale.com axar.az-a istinadən bildirir ki, o, bu barədə husilərin lideri Əbdülmalik Husi "Əl Masirah" telekanalında çıxışı zamanı bildirib.
"Amerikalılar yəhudiləri İsraildən ABŞ-a köçürə və ştatlardan birini onlara verə bilər. ABŞ-ın hələ də yaşayış olmayan geniş əraziləri və regionları var", - Husi qeyd edib.