İcra başçısının müavini vəzifəsindən azad edilib

Qusar Rayonu İcra Hakimiyyəti başçısının aparatının strukturunda dəyişiklik olub.

İcra başçısının müavini vəzifəsindən azad edilib
Qusar Rayonu İcra Hakimiyyəti başçısının aparatının strukturunda dəyişiklik olub.

meqale.com xəbər verir ki, Qusar RİH-nin başçısı Sahir Məmmədxanovun əmrinə əsasən, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev Əkbər oğlu vəzifəsindən azad edilib.

Onun yerinə hər hansısa təyinat baş tutmayıb və hazırda vakantdır. Başçının yalnız bir - I müavini var.

Xatırladaq ki, Sahir Məmmədxanov Azərbaycan Prezidentinin sərəncamına əsasən, Qusar Rayonu İcra Hakimiyyəti başçısı təyin edilib.