İcra Hakimiyyəti kişi kimi söz verib, amma…

Bakının Binə qəsəbəsi Şah İsmayıl Xətai küçəsi su ilə dolub. meqale.com xəbər verir ki, bu ərazidə nəinki küçələr, hətta evlər də su altında qalıb. 

İcra Hakimiyyəti kişi kimi söz verib, amma…
Bakının Binə qəsəbəsi Şah İsmayıl Xətai küçəsi su ilə dolub. meqale.com xəbər verir ki, bu ərazidə nəinki küçələr, hətta evlər də su altında qalıb. 

Sakinlərin sözlərinə görə, nə vaxt yağış yağsa vəziyyət kritik olur. Onlar küçələrə özləri daş düzərək yol açıblar. "Bura nə təcili tibbi yardım, nə də uşaqlarımız dərsə gedə bilir. Qızım əlildir, bu vəziyyətdə necə getsin, hərəkət etməyə yer yoxdur. Pulu dəstələyib ciblərinə qoyurlar. Gəlsinlər, həmin pulu bura xərcləsinlər". Şikayətçilər bildirib ki, İcrada olmuşuq. Nümayəndələr kişi kimi söz verərək gələcəklərini deyiblər.