“İfaçıları toylara cavan olduqlarına görə çağırırlar”
Meyxanaçı və müğənni Samirə Yusifqızı açıqlaması ilə diqqət çəkib.
meqale.com bizim.media-ya istinadən bildirir ki, "Elgizlə izlə" verilişində qonaq olan sənətçi el şənliklərinə daha çox gənc ifaçıların dəvət edildiyini bildirib.
"Əvvəllər, yəni bizim vaxtımızda belə deyildi. O zamanlar toya müğənniləri cavan olduqlarına görə yox, sənətinə görə dəyər verib çağırırdılar. İndi isə toylara cavanlığa görə çağırırlar. İndi ümumiyyətlə, sənəti sayan yoxdur. Qeyri-adi və ya xüsusi hallarda müğənnini məclisə sənətinə görə çağırırlar. Amma sənət və cavanlıq üst-üstə düşəndə daha gözəl olur", - deyə Samirə vurğulayıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun