İğtişaşlara görə tətilini ləğv etdi

Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkə daxilində baş verən iğtişaşlar səbəbindən gələn həftəyə nəzərdə tutulan tətilini ləğv edib.

İğtişaşlara görə tətilini ləğv etdi
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkə daxilində baş verən iğtişaşlar səbəbindən gələn həftəyə nəzərdə tutulan tətilini ləğv edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "The İndependent" məlumat yayıb.

Qeyd olunub ki, baş nazirin ailəsi ilə yay tətili üçün materik Avropaya səfər edəcəyi gözlənilirdi.

Hazırda ölkədə yeni iğtişaşların baş verəcəyi ehtimalı olunur.

Son rəqəmlərə görə, etirazlar başlayandan indiyədək ölkə üzrə 779 nəfər saxlanılıb. Onlardan 359-su ictimai asayişi pozmaqda ittiham olunub.