İkardi və Ceko mübahisə zamanı bir-birlərinə nə deyiblər? - DETALLAR

Türkiyə Super Liqasında ötən həftə baş tutan "Fənərbağça" - "Qalatasaray" matçında (0:0) Mauro İkardi və Edin Ceko arasında mübahisə yaşanmışdı. meqale.com offsideplus.az-a istinadən xəbər verir ki, İtaliya mətbuatı ulduz futbolçular arasında yaranan gərginliyin səbəbini açıqlayıb.

Bosniya və herseqovinalı futbolçu İkardinin penalti istədiyi epizodda sərt reaksiya göstərdi və "nəhənglər" "kəllə-kəlləyə" gəldi. İtalyanlar İkardi və Ceko arasında keçən dialoqu yayımlayıb:   Ceko: "Öz işinlə məşğul ol" İkardi: "Eləməsəm, nə olacaq?" Ceko: "Nə deyirsən?" İkardi: "Yenə deyirəm, öz işimlə məşğul olmasam nə olacaq?".