İki dövlət olacaq - Brüstdən Vladivastoka qədər...

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə İttifaq dövlətinin gələcəyi ilə bağlı fikir ayrılığının olmadığını bildirib.

İki dövlət olacaq - Brüstdən Vladivastoka qədər...
Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə İttifaq dövlətinin gələcəyi ilə bağlı fikir ayrılığının olmadığını bildirib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

"İqtisadiyyatı güclü təməl üzərində qurmalıyıq. Bizim o qədər ümumi baxışlarımız var, bir-birimizə o qədər yaxınıq ki! Heç bir fikir ayrılığımız yoxdur. Bu, bizim hökumətlərin çatışmazlığıdır. Biz razılaşdıq ki, iqtisadiyyatla hökumət məşğul olacaq", - o bildirib.

Lukaşenko xatırladıb ki, o, Brestdən Vladivostoka qədər Ümumi Vətən düsturunu irəli sürüb:

"İki bütöv dövlət olacaq. Və belə əlaqələr qurmaq üçün kifayət qədər intellektimiz var. Bu gün biz bu istiqamətdə hərəkət etməliyik. Biz bunu gizlətmirik, çünki əslində eyni gəmidəyik. Gizlətməyə nə var?"