İki gimnastımız Beynəlxalq İdman Oyunlarında çıxış edəcək
Rusiyanın Yakutsk şəhərində keçiriləcək bədii gimnastika üzrə "Asiya uşaqları" adlı 8-ci Beynəlxalq İdman Oyunlarında iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yarış iyunun 26-dan iyulun 6-dək davam edəcək. Millimiz turnirdə iki gimnastla təmsil olunacaq. Şəms Ağahüseynova və Sofiya Məmmədova medallar uğrunda mübarizə aparacaqlar. Komandamız yarışa məşqçi Nəzrin Cəfərzadənin rəhbərliyi altında yollanacaq.