İki hərbçimiz yol qəzasında həlak oldu

İşğaldan azad edilmiş ərazidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İki hərbçimiz yol qəzasında həlak oldu
İşğaldan azad edilmiş ərazidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.

Hadisə Füzuli-Ağdam yolunun 30-cu kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yol tikintisi texnikasına çırpılıb. Nəticəsində minik maşınında olan Murad Aydın oğlu Müsadirov və Kənan Tapdıq oğlu Mustafayev aldıqları xəsarətdən ölüblər.