İki min illik Zevs və Afrodita heykəli tapıldı - FOTOlar

Antalyanın Aspendos qədim şəhərində aparılan qazıntı işləri zamanı Roma İmperiyası dövrünə aid iki min illik Zevs və Afrodita heykəlləri tapılıb.

meqale.com bildirir ki, oxu.az-ın məlumatına görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında məlumat verib.

Onun sözlərinə görə qazıntı işləri "Gələcəyə Miras" layihəsi çərçivəsində aparılıb.

"Zevs və Afroditanın iki min illik heyranedici zərif təsvirləri İki Mərtəbəli Mağazalar - Stoa Kompleksində aparılan qazıntı işləri zamanı üzə çıxarıldı. Əsərlərin, tikililərin ölkəmizin mədəniyyət və turizm həyatına xeyirli olmasını diləyirəm", - deyə nazir əlavə edib.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun