İki nüfuzlu nəşr satışa çıxarıldı
"Daily Telegraph" qəzetini və "The Spectator" jurnalını nəşr edən şirkətlər satışa çıxarılıb.
meqale.com oxuya istinadən bildirir ki, "Financial Times"ın məlumatına görə, onların keçmiş sahiblərinin ümumi borcları 1 milyard funt-sterlinqi keçib.
2019-cu ilə qədər nəşrlər Devid və Frederik Barkli qardaşlarına məxsus olub. Onların satılması ilə bağlı qərar media menecerləri ilə kreditorlar arasında aparılan hüquqi proseslərdən sonra verilib.
Nəşr "Daily Telegraph"ı nəşr edən "Telegraph Media Group"un dəyərini 600 milyon funt sterlinq məbləğində qiymətləndirir. "The Spectator" üçün potensial alıcılar təxminən 70 milyon funt sterlinq ödəməyə hazırdırlar.
Bir neçə böyük media holdinq onları satın almağa maraq göstərir. Beləliklə, Britaniyanın "DMGT" və "National World" "Daily Telegraph" qəzetini, Rupert Merdokun "News UK" şirkəti isə "The Spectator"u almağa ümid edir.