İki ölkə arasında məhbus mübadiləsi baş tutdu

İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

İki ölkə arasında məhbus mübadiləsi baş tutdu
İran və ABŞ arasında məhbusların mübadiləsi baş tutub.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə " Agence France-Presse" (AFP) xəbər agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ və İran arasında baş tutan mübadilə çərçivəsində azad edilmiş 5 amerikalı məhbusu daşıyan Qətərə məxsus təyyarə Tehran hava limanından havaya qalxıb və Dohaya yola düşüb.

Mübadilə zamanı ABŞ-da azadlığa buraxılan beş iranlı məhbusdan ikisi Mehrdad Moeen Ansari və Reza Sarhangpur Qətərin paytaxtı Dohaya gediblər.

Həmin şəxslərlə yanaşı, ABŞ-da həbsdə olan daha üç iranlı məhbus da azadlığa buraxılıb.