İki ölkə arasında vizasız rejim qüvvəyə mindi

Bu gün Qazaxıstan və Çin arasında vizasız rejim qüvvəyə minib.

İki ölkə arasında vizasız rejim qüvvəyə mindi
Bu gün Qazaxıstan və Çin arasında vizasız rejim qüvvəyə minib.

meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

XİN bildirir ki, Qazaxıstan ilə Çin hökumətləri arasında 2023-cü il mayın 17-də Sian şəhərində imzalanmış viza tələblərinin qarşılıqlı ləğvinə dair saziş cari il noyabrın 10-da qüvvəyə minib.

Sənəd hər iki ölkə vətəndaşlarına dövlət sərhədini keçdiyi andan 30 günündən çox olmayaraq, vizasız səfər imkanı verir.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun