İki şahmatçımız dünya çempionatında mübarizəyə başlayır
İki şahmatçımız dünya çempionatında mübarizəyə başlayır Bu gün Özbəkistanın paytaxtı Daşkənddə gənc şahmatçılar arasında rapid və blits üzrə dünya birinciliyinə start veriləcək.
İdman.biz xəbər verir ki, mötəbər yarışda Azərbaycan 2 şahmatçıyla təmsil olunur.
Xəzər Babazadə və Ayan Allahverdiyeva 20 yaşa qədər şahmatçıların kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, İsveçrə sistemiylə təşkil edilən yarış 9 turdan ibarət olacaq.