İki tibb müəssisəsinə yeni rəhbər təyin edildi

Azərbaycanda iki tibb müəssisəsinə yeni rəhbərlər təyin edilib.

İki tibb müəssisəsinə yeni rəhbər təyin edildi
Azərbaycanda iki tibb müəssisəsinə yeni rəhbərlər təyin edilib.

meqale.com xəbər verir ki, Rüstəm Rəşidoviç Talışinskiy Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktoru vəzifəsinə təyin olunub.

Sərdar Əjdər oğlu Əsədov isə Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzin icraçı direktoru vəzifəsinə təyin edilib.