İlham Qasımova yüksək vəzifə verildi
Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyinat olub.
meqale.com report-a istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.
1992-1996-cı illərdə "Şən və Hazırcavablar Klubu"nun (ŞHK) üzvü olub. 1994-1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.