“İlin ağacı”nı kəsən 16 yaşlı oğlan həbs edildi - FOTO

Böyük Britaniyanın dünyaca məşhur "Sycamore Gap" ağacını kəsən 16 yaşlı oğlan həbs edilib.

“İlin ağacı”nı kəsən 16 yaşlı oğlan həbs edildi - FOTO
Böyük Britaniyanın dünyaca məşhur "Sycamore Gap" ağacını kəsən 16 yaşlı oğlan həbs edilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Northumberlanddakı Hadrian Divarında yerləşən və təxminən 300 yaşında olduğu düşünülən "Sycamore Gap" ağacı İngiltərədə ən çox fotoşəkil çəkilən ağaclardan biri idi.

Ağac aktyor Kevin Kostnerin 1991-ci ildə çəkildiyi "Robin Hud: Oğrular Şahzadəsi" filmində göründükdən sonra məşhurlaşıb və 2016-cı ildə "Woodland Trust" mükafatlarında Britaniyada "İlin Ağacı" seçilib.

Ağacın kəsilməsi ölkədə böyük kədərə səbəb olub.