İlin son Ay tutulması başlayıb

Bu gün son Ay tutulması hadisəsi baş verir. Bu tutulma qismən Ay tutulmasıdır.

İlin son Ay tutulması başlayıb
Bu gün son Ay tutulması hadisəsi baş verir. Bu tutulma qismən Ay tutulmasıdır.

meqale.com Trend-ə istinadən xəbər verir ki, tutulma saat 22:01-də başlayıb, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq.

Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.