İlon Mask Harrisi yalan danışmaqda ittiham etdi
İlon Mask ABŞ-nin vitse-prezidenti və yüksək hökumət postuna namizəd olan Kamala Harrisi yalan danışmaqda ittiham edib.
meqale.com oxuya istinadən bildirir ki, Mask bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb:
"Yalan danışırsan".
Bu, Maskın Harrisin Demokrat Partiyasının seçkidə qalib gələcəyi təqdirdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın ilk gündən diktator olmasına imkan verməyəcəyinə dair verdiyi açıqlamaya cavab olaraq etdiyi paylaşımda qeyd olunub.
Mask, həmçinin Harrisin birinci gündən kommunist diktator olacağını vəd etdiyini iddia edib və paylaşımını onun qırmızı paltoda, üzərində oraq və çəkic şəkili olan papaqlı foto ilə tamamlayıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun