İmişlidə keçmiş məhkum dəm qazından boğulub
İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.
meqale.com xəbər verir ki, hadisə rayonun Çahar kəndində baş verib.
Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.