İmişlidə mikroavtobus qəza törətdi - ölən var

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İmişlidə mikroavtobus qəza törətdi - ölən var
İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

meqale.com xəbər verir ki, hadisə İmişli-Biləsuvar magistralının rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes Vito" markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır./APA