İmranla birgə Rəsul da dənizdə batıb - Tələbələrin faciəsi - FOTO
Bakı Mühəndislik Universitetinin tələbəsi Nurməmmədli Rəsul Əli oğlu faciəvi şəkildə ölüb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, gənc dənizdə boğularaq dünyasını dəyişib.
Nurməmmədli Rəsul universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat ixtisasının III kurs tələbəsi olub.
Qeyd edək ki, ötən gün UNEC-in "Maliyyə və mühasibat" fakültəsinin III kurs tələbəsi İmran Cəbrayılov da dənizdə boğularaq dünyasını dəyişib. Sosial şəbəkələrdə yayılan məlumata görə, hər iki tələbə dost olublar və onlar eyni anda dənizdə batıblar.