“İmtahandan uğurla keçən müəllimin orta maaşı 1300 manatdır”

"Ümumilikdə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır".

“İmtahandan uğurla keçən müəllimin orta maaşı 1300 manatdır”
"Ümumilikdə sertifikasiya imtahanından uğurla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır".

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı məlumatlandırıcı sessiyada deyib. 

O bildirib ki, belə müəllimlərin sayı 8 minə yaxındır: "Bu il keçiriləcək sertifikasiya imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur. 8 iyun tarixində də səkkiz minə yaxın müəllim təkrar sertifikasiya imtahanına cəlb olunacaq. Onların böyük əksəriyyətinin uğur qazanacağına inanırıq".

***

Eşqi Bağırov əlavə edib ki, sertifikasiyada uğur qazana bilməyən 800-ə yaxın müəllim işdən kənarlaşdırılıb. O bildirib ki, son 1 il ərzində həmin müəllimlər tədris prosesindən uzaqlaşdırılıb: "2026-cı ilə qədər sertifikasiya imtahanının əhatə dairəsi genişləndiriləcək. Sözügedən ildə ilk sertifikasiya imtahanı verən müəllimlər də yenidən imtahana cəlb ediləcək.