İndiki və potensial rəqiblərin dueli: “Osiyek” “Dinamo”ya uduzdu
"Zirə"nin Konfrans Liqasındakı rəqibi "Osiyek" növbəti matçını keçirib.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, Xorvatiya çempionatının II turunda osiyeklilər Zaqreb "Dinamo"sunu qəbul edib.
Sonuncular Çempionlar Liqasının pley-offunda "Qarabağ"ın mümkün rəqibidir. Təmsilçilərimizin indiki və potensial rəqiblərinin duelində qonaqlar qalib gəlib.
Pedro Lima erkən qolla "Osiyek"i önə çıxarsa da, paytaxt klubu iki dəfə fərqlənib. İlk yarıda Arber Hokha, matça əlavə olunan dəqiqələrdə isə Stefan Ristovski qola sevinib.