İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib.

İndoneziya sahillərində güclü zəlzələ baş verib
İndoneziyanın Yava adası sahillərində 6,3 maqnitudalı zəlzələ baş verib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Bəncər şəhərindən 85 kilometr cənubda, 54 kilometr dərinlikdə yerləşir.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.