İngiltərə klubu "Real"dan 150 milyon tələb edəcək

İngiltərənin "Nyukasl" klubu isveçli futbolçu Aleksander İsakı transfer etmək istəyən klublardan 150 milyon funt-sterlinq tələb edəcək.

İngiltərə klubu
İngiltərənin "Nyukasl" klubu isveçli futbolçu Aleksander İsakı transfer etmək istəyən klublardan 150 milyon funt-sterlinq tələb edəcək.

meqale.com bildirir ki,  klub İsveç millisinin üzvünü satmaqda maraqlı olmadığı üçün bu qərara gəlib.

25 yaşlı hücumçu 2022-ci ildə "Real Sosyedad"dan transfer olunub. Hazırda onunla İngiltərədən "Arsenal" və "Liverpul", həmçinin Fransadan PSJ klublarının maraqlandığı bildirilir.