İngiltərə qələbə qazandı, Rumıniya rəqibini darmadağın etdi
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi davam edir.
Bu gün daha 3 qrupda II turun matçları keçirilib.
G, H və K qruplarında ümumilikdə 6 oyun baş tutub.
İngiltərə Latviyanı sınağa çəkib. Malta Polşanın, Kipr isə Bosniya və Herseqovinanın qonağı olub.
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsi II tur, 24 mart G qrupu 21:00. Litva - Finlandiya 2:2 23:45. Polşa - Malta 2:0
H qrupu 23:45. Bosniya və Herseqovina - Kipr 2:1 23:45. San Marino - Rumıniya 1:5
K qrupu 23:45. İngiltərə - Latviya 3:0 23:45. Albaniya - Andorra 3:0 (apasport)