İngiltərə Serbiyanı məğlub etdi - YENİLƏNİB

------- 01:12

İngiltərə Serbiyanı məğlub etdi - YENİLƏNİB
------- 01:12

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

meqale.com report.az-a istinadən xəbər verir ki, turnirin favoritlərindən hesab edilən İngiltərə I turda Serbiya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma britaniyalıların qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 13-cü dəqiqədə Cud Bellinqem vurub.

C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalib - 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

------- 23:27

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun başlayıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, Serbiya - İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı italiyalı Daniele Orsato idarə edir. C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalıb - 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

***

Matçın 12-ci dəqiqəsində İngiltərə yığması hesabı açıb: 0 - 1