İnsan alveri qurbanlarının rayon və şəhərləri üzrə bölgüsü
Ötən il insan alveri qurbanlarının respublikanın rayon və şəhərləri üzrə bölgüsü məlum olub.
meqale.com-ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü il üzrə illik məlumatında əksini tapıb.
Bakıda 24, Gəncədə 11, Tovuzda 6, Sumqayıtda 5, Sabirabad və Ağdam rayonlarının hər birində 3, Ağcabədi, Astara, Füzuli, Göygöl, Ucar, Samux, Daşkəsən, Şəki, İmişli, Yevlax, Zaqatala rayonlarının hər birində 2, Abşeron, Ağstafa, Biləsuvar, Bərdə, Şabran, Şirvan, Masallı, Neftçala, Zərdab, Cəlilabad, Şəmkir, Siyəzən, Quba, Qazax, Gədəbəy, Mingəçevir, Xaçmaz rayonlarının hər birində 1 nəfər insan alveri qurbanları müəyyən edilib.