IQ-sü ən yüksək bürclər
Astroloqlar ən yüksək IQ-yə (zehni inkişaf səviyyəsinə) malik olan bürcləri açıqlayıb. Bu təbii zəkalı bürclər super zəkaları sayəsində ömür boyu uğur qazanırlar.
                        meqale.com yenisabah.az-a istinadən xəbər verir ki, astroloqların araşdırmasına görə, bu bürclər həyatlarını həmişə bir plan üzərində qururlar.
Əqrəblər üçün nə qədər diqqət görmələri və ya nə qədər sevildikləri önəmli deyil. Onlar hər adama əhəmiyyət vermirlər. Onlar yalnız sevdiyi insanların qayğısına qalırlar. Həmişə rasional olduqları üçün duyğuları ilə hərəkət etmələri demək olar ki, görülmür. Ona görə də həmişə uğur əldə etməyə çalışırlar.
Əkizlər astrologiyada ən sosial bürclərdən biridir. Möhtəşəm bir zəkaya sahibdirlər. Onlar adətən, mənalı zarafatlar edə bilir və hamını güldürürlər. Keyfiyyətli yumor hissi olan Əkizlər bürcü ilə bir an belə darıxmaq olmur. Onların hər bir hadisə üçün planları var. İstənilən vəziyyətin öhdəsindən asanlıqla gəlirlər. Praktik zəkaları sayəsində hər bir problemi həll edir, insanlara dəstək olurlar. Onların valehedici xüsusiyyəti istedadlı və ağıllı olmalarıdır.
Qoç çox iddialı bürc kimi tanınır. Onlar məqsədlərinə çatmaq üçün həmişə yorulmadan çalışırlar. Bunu edərkən Qoç həyatı çox da ciddiyə alıb özünü yormur. Çünki Qoç həmişə özünün ən yaxşısı olduğunu bilir. Bu bürcün nümayəndələrinin praktik zəkaları hər kəsin diqqətini çəkir. Çətinliyə düşən hər kəsə kömək etməyə tələsən Qoçlar bütün işlərin öhdəsindən ağılla gələ bilirlər. Hər kəs onların zəkasına heyran olur.
Tərəzi ən ahəngdar və balanslı bürc kimi tanınır. Bundan əlavə, tərəzilər müəyyən intellektə malikdirlər. Onların ədalət hissi çox inkişaf etmiş olur. Onlar kiməsə zərər verməmək üçün əllərindən gələni edirlər. Tərəzilər xüsusilə iş həyatında duyğularını bir kənara qoyaraq hərəkət edirlər. Həmişə zirvədə olmağa çalışırlar.
Şir bürcünün nümayəndələri girdikləri hər mühitdə dərhal diqqət çəkirlər. Onlar xarici görünüşü, davranışı və ağlı ilə diqqət mərkəzində olurlar. Şir bürcünün hər işdə uğurlu olmağı hər kəsi valeh edir. Şirlər emosional insanlardır, lakin onlar emosiyalarını bir kənara qoymağı və yalnız ağılları ilə hərəkət etməyi də yaxşı bilirlər. Təqdir olunmağı sevirlər və bunu necə əldə edəcəklərini də bilirlər. Rasional həll yolları ilə hər kəsə dəstək olurlar.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun