İran hücumu: ABŞ-ın 40 minlik ordusu hazırdır!
Hazırda Yaxın Şərqdə təxminən 40 min ABŞ əsgəri CENTCOM-un komandanlığı altındadır.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, bu, həmişəkindən 8 min nəfər çoxdur.
Qeyd edək ki, İranın İsrailə mümkün zərbəsi ilə bağlı ABŞ Yaxın Şərqdəki qüvvələrini gücləndirib və döyüş hazırlığı vəziyyətinə gətirib.