İsraildə məhkəmə islahatlarına qarşı mitinq keçirilib
Ölkənin bir çox şəhərində minlərlə İsrail sakini Benyamin Netanyahunun hökuməti tərəfindən məhkəmə islahatlarının aparılmasına qarşı etiraz etmək üçün keçirilən ümummilli nümayişdə iştirak edib.
meqale.com Trend-ə istinadən xəbər verir ki, Təl-Əvivdə 80 minə yaxın insan, eləcə də Qüds, Hayfa və Beer Şeva kimi şəhərlərdə on minlərlə insan aksiyaya çıxıb.
Aksiyalar zamanı xuliqanlıq etdiyinə görə onlarla insan saxlanılıb.