İran nədən narahatdır? - "Qırmızı xətt"lər çoxalır

İllərdir Azərbaycana dost kimi görünüb Ermənistanı dəstəkləyən İran yenə onları sevindirib. Belə ki, İranın rəsmi nümayəndələrinin son həftə ərzindəki açıqlamaları Ermənistanda toy-bayram kimi qeyd olunur. Son günlərdə İranın Ermənistandakı səfiri Mehdi Sobhani, xarici işlər naziri Abbas Araqçi, Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri İbrahim Əzizi, deputat Fədahüseyn Maleki Zəngəzur dəhlizinin əleyhinə çıxış edib. Onlar bu dəhlizi "qırmızı xətt" adlandırıb. Hətta, dəhlizin açılmasına İranın cavabının da olacağı da qeyd edilib.

İran nədən narahatdır? -

Belə çıxır ki, Zəngəzur yolunun açılmasından Ermənistandan çox başqaları narahatdır. Çünki, təkcə İran Zəngəzur yolunun açılmasına qarşı çıxır. Onların əsas gərginliyi Rusiya ilədir. Təəssüf ki, İran Ermənistana deyil, Rusiyaya qarşı iddialar irəli sürür və sətiraltı, ünvansız şəkildə eyni mesajları verməkdə davam edir. Yəqin, İran tərəfi elə başa düşüb ki, bu dəhlizin açılması İran ərazisinin məhdudlaşdırılmasıdır. Halbuki, Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi barədə Üçtərəfli bəyanatda qeyd olunub. Sözügedən bəyanatın 9-cu maddəsinə görə Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir.

Bəyanatda da qeyd olunduğu kimi, burada əsas məsələ nəqliyyat dəhlizinin açılmasıdır, bunun İranın ərazisinə hər hansı müdaxilə kimi anlaşılması və onların belə açıqlamaları başadüşülən deyil. "Qırmızı xətt", "arxadan zərbə" tərzli açıqlamalar isə ümumiyyətlə yerinə düşmür. Ən azından İranın Qarabağ müharibəsində Ermənistana silah daşıması, Rusiya ilə Ukrayna müharibəsində iştirakına dair faktlar var. Elə məhz, İran tərəfinin bu cür açıqlamalarına Rusiyadan cavab gecikməyib. Lavrov açıqlamalarının birində sətraltı olaraq İrana da cavab verib.

Bu tərz açıqlamalardan aydın olan odur ki, İran Rusiyadan uzaqlaşmağa çalışır. Bu ya Qərblə Rusiyaya birgə oyun oynamaq planının bir hissəsidir, ya da ki, Qərbə yaxınlaşmaq istəyi. İranın açıqlamalarında manipulyasiya sezilir. Bu məsələdə diqqət çəkən məqam bu mövqenin İranın yeni prezidentinin, yoxsa İranın dini rəhbərliyinin olmasındadır.

İranın bu tərz açıqlamalarının Ermənistan mediasında sürətlə tirajlanması, sevinclə qarşılanması da anlaşılan deyil. Çünki, Ermənistan bu layihədən faydalanacaq tərəfdir. Onlar bu etibarlı, təhlükəsiz yol vasitəsi ilə Mərkəzi Asiya ölkələri, Çin, hətta Hindistanla əlaqə qura bilər.

İslam meqale.com