İran rialından tarixi ucuzlaşma

Bu gün İranın milli valyutası rial ABŞ dolları və avro qarşılığında tarixi minimumu yeniləyib.

İran rialından tarixi ucuzlaşma
Bu gün İranın milli valyutası rial ABŞ dolları və avro qarşılığında tarixi minimumu yeniləyib.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Bildirilib ki, hazırda İranda qara bazarda 1 ABŞ dollarının qiyməti 603 min rial civarındadır. Halbuki ötən gün 1 ABŞ dolları 595 min rial təşkil edib.

Hazırda ölkənin qara bazarında 1 avronun qiyməti 654 min rial təşkil edir. Ötən gün isə 1 avronun qiyməti 646 min rial olub.

Qeyd edək ki, ABŞ və qərb ölkələrinin İran əleyhinə iqtisadi sanksiyaları, inflyasiya və bir çox digər problemlər ölkədə iqtisadi vəziyyətin gündən-günə mürəkkəbləşdiyini göstərir.

İranda rəsmi dövlət qiyməti ilə elan olunan valyuta ilə sadəcə zəruri məhsulları ölkəyə gətirmək mümkündür. Mərkəzi Bankın elan etdiyi rəsmi məzənnəyə əsasən 1 ABŞ dolları 42 min rial, 1 avro isə 45 619 rialdır.

İranın Mərkəzi Bankının banklara və valyutadəyişmə məntəqələrinə elan etdiyi valyuta kursu SANA sistemi adlanır. Bu sistemə əsasən 1 avronun qiyməti 466 182, 1 dolların qiyməti isə 429 203 rialdır.